Avropa İttifaqı səyahət məhdudiyyətlərinin ləğv ediləcəyi ölkələr siyahısını yenilədi | Banco.az

Avropa İttifaqı səyahət məhdudiyyətlərinin ləğv ediləcəyi ölkələr siyahısını yenilədi

Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Covid-19 səbəbilə tətbiq edilən səyahət məhdudiyyətlərinin şamil edilməyəcəyi ölkələrin siyahısına Ukraynanı əlavə edib, Tayland və Ruandanı bu siyahıdan çıxardı.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Aİ Konqresindən edilən açıqlamaya görə, "zəruri olmayan səyahətlər" üçün tətbiq edilən məhdudiyyətlərin mərhələli olaraq ləğv edilməsi "tövsiyə olunan" ölkələr üzrə müvafiq siyahı yenilənib.

Siyahıya Ukrayna daxil edilərkən uzun müddətdir ki, bu siyahıda yer alan Tayland və Ruanda isə çıxarılıb.

Hazırda sözügedən siyahıya Ukrayna ilə yanaşı Albaniya, Azərbaycan, Avstraliya, Bosniya-Hersoqovina, Bruney, Kanada, İsrail, Yaponiya, İordaniya, Livan, Çernoqoriya, Yeni Zelandiya, Qətər, Moldova, Şimali Makedoniya, Səudiyyə Ərəbistanı, Serbiya, Sinqapur, Cənubi Koreya, Kosova və ABŞ ilə Honkonq, Makao və Tayvan daxildir. Bununla yanaşı, Aİ ölkələrinin vətəndaşlarına səyahət icazə veriləcəyi təqdirdə Çin ilə də sərhədlər açıq olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et