Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini 6 ay uzadıb | Banco.az

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini 6 ay uzadıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Şurası Rusiya iqtisadiyyatının müəyyən sektorlarını hədəf alan sanksiyaların 31 iyul 2023-cü ilə qədər uzadılmasına qərar verib.

Banco.az xəbər verir ki, bu barədə Avropa Şurası bəyanat yayıb.

Bəyanatda Rusiyaya qarşı iqtisadi sanksiyaların ilk dəfə 2014-cü ildə Ukraynada sabitliyin pozulması səbəbindən təxirə salındığı xatırladılıb və keçən ilin fevral ayında başlayan Rusiya-Ukrayna müharibəsi ilə sanksiyaların əhəmiyyətli dərəcədə genişləndiyi qeyd edilib.

Rusiyaya qarşı sanksiyaların ticarət, maliyyə, sənaye, texnologiya, nəqliyyat, ikili istifadə və lüks məhsullar da daxil olmaqla geniş spektrdə davam etdiyi, Rusiyadan Aİ-yə dəniz yolu ilə daşınan xam neftin və bəzi neft məhsullarının idxalına qadağa qoyulduğu, bəzi Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən kənarlaşdırıldığı, bir çox yayım təşkilatlarının fəaliyyətinin dayandırıldığı xatırladılıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi barədə ilk dəfə 2014-cü ildə qərar qəbul edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et