Avropa İttifaqı Rusiyadan kömür idxalını dayandırdı | Banco.az

Avropa İttifaqı Rusiyadan kömür idxalını dayandırdı

Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) ölkələrinin aprel ayında qəbul etdiyi Rusiyadan kömür idxalını qadağan edən sanksiyalar paketi qüvvəyə minib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa İttifaqının (Aİ) Rusiyadan kömür idxalına qadağa qoyan qərarı bugün qüvvəyə minib. Qərara əsasən 8 milyard avro dəyərində kömür idxalına qadağa qoyulub.

Beləliklə, Rusiyadan gələn və ya Rusiyadan ixrac edilən ildə 8 milyard avro dəyərində kömür və digər bərk qalıq yanacaqların alınması, idxalı və ya Aİ-yə ötürülməsi qadağan edilib.

Xatırladaq ki, Aİ ölkələri elektrik enerjisi istehsalında istifadə olunan termal kömürün 70 faizini Rusiyadan təmin edirdi. Rusiya Aİ ölkələrinə ən çox kömür tədarük edən ölkə statusuna sahib idi. Ölkə kömür ixracının təxminən 25 faizini Avropaya həyata keçirirdi.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Rusiyadan neft idxalına qoyulan qadağanın isə dekabrda qüvvəyə minəcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et