Avropa İttifaqı Qırmızı dənizdəki hücumların iqtisadiyyata təsirindən narahatdır | Banco.az

Avropa İttifaqı Qırmızı dənizdəki hücumların iqtisadiyyata təsirindən narahatdır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Qırmızı dənizdəki hücumlara görə narahatlığını dilə gətirib.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis üzv ölkələrin ticarət nazirlərinin Brüsseldə keçirilən iclasının yekununda açıqlama verib.

“Naviqasiya azadlığı Aİ üçün həyati əhəmiyyət kəsb edir”, deyən vitse-prezident Çindən sonra ən böyük mal ticarətinin Aİ tərəfindən həyata keçirildiyini və naviqasiya azadlığının dünya ticarəti üçün vacib olduğunu vurğulayıb.

"Dünya ticarət axınının 12-15 faizi və qlobal konteyner daşımalarının 25-30 faizi Qırmızı dənizdən keçir", - Dombrovskis bildirib. Aİ-nin vəziyyəti yaxından izlədiyinə diqqət çəkən Dombrovskis Qırmızı dənizdə nəqliyyatın bir ay ərzində 22 faiz azaldığını və bu mərhələdə şirkətlərin gəmilərini Ümid Burnu ətrafından hərəkət etdirdiklərini xatırladıb.

O, gəmiləri qorumaq üçün hərəkətə keçmələrinin çox vacib olduğunu, Aİ-yə üzv ölkələrin də beynəlxalq tərəfdaşlarla dəniz missiyasında iştirak etməyi müzakirə etdiklərini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

“Qırmızı dənizdə baş verənlər indiyədək enerji və ümumi məhsul qiymətlərinə nəzərəçarpacaq təsir göstərməyib, lakin biz artan nəqliyyat qiymətlərinin təsirini müşahidə edirik”, deyən vitse-prezident, “Baş verənlərin istehlak qiymətlərinə və ümumilikdə Aİ iqtisadiyyatına təsiri, əsasən, böhranın uzunluğundan asılı olacaq”, qiymətləndirməsini edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et