Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) ölkələri avro pul köçürmələrinin saniyələr ərzində həyata keçirilməsinə imkan verəcək qaydanı təsdiqləyib.
Banco.az xəbər verir ki, Avropa Şurası avro pul köçürmələri üçün "ani ödənişlər" qaydasının üzv dövlətlər tərəfindən qəbul edildiyini açıqlayıb.
Yeni qaydaya əsasən, ani ödəniş sistemi ilə avro pul köçürmələri həm eyni ölkə daxilində, həm də digər Aİ ölkələri arasında, hətta iş saatları xaricində belə 10 saniyə ərzində həyata keçirilə bilər. Bunun üçün isə banklar kimi ödəniş xidməti təminatçıları avro ilə ani “göndərmə” və “qəbul etmə” xidmətləri təklif etməlidirlər.
Bu maliyyə institutları tərəfindən əməliyyat üçün alınan komissiya standart kredit köçürmələri üçün tətbiq edilən komissiyadan yüksək olmayacaq. Beləliklə, Avropada iqtisadiyyatın və maliyyə sektorunun strateji muxtariyyəti yaxşılaşdırılacaq, eyni zamanda üçüncü ölkənin maliyyə institutları və infrastrukturlarından həddindən artıq asılılıq azalacaq.
Qeyd edək ki, hazırda Aİ ölkələri arasında pul köçürmələri bir neçə gün çəkə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!