Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı Pakistana maliyyə dəstəyi göstərəcək.
Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Fon der Leyen ötən il daşqın fəlakətinin yaşandığı Pakistana 500 milyon avro yardım edəcəklərini açıqlayıb.
Sədr bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və Pakistanın ev sahibliyi ilə İsveçrənin Cenevrə şəhərində keçirilən “İqlimə davamlı Pakistan” mövzusunda beynəlxalq konfransa göndərdiyi videomüraciətdə məlumat verib.
O, Pakistanın dünyanın ən böyük təbii fəlakətlərindən birini yaşadığını xatırladıb.
Pakistan xalqının köməyə ehtiyacı olduğunu bildirən Ursula Fon der Leyen Pakistanın yenidən qurulması və humanitar yardım məqsədilə 500 milyon avro ayıracaqlarını elan edib.
Bizi sosial şəbəkələrdən izləyin!!