Avropa İttifaqı ölkələrinə ixrac 2 dəfə azalıb | Banco.az

Avropa İttifaqı ölkələrinə ixrac 2 dəfə azalıb

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi illik müqayisədə 42,06% azalaraq 2016-cı ilin yanvar-aprel ayları ərzində 2 064 214,72 min ABŞ dolları təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ixrac 49,51% azalaraq 1 336 882,05 min dollara, idxal isə 20,49% azalaraq 727 332,67 min dollara enib. Aİ ölkələri ilə ticarət dövriyyəsinin müsbət saldosu 2,8 dəfə azalaraq 609 549,38 min dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Hesabata əsasən, ölkə üzrə cəmi ixracın 54,57%-i, idxalın isə 28,04%-i məhz Aİ ölkələrinin payına düşüb.

Hesabat dövründə İtaliyaya ixrac 52,07% azalaraq 443 474,20 min dollar, idxal isə 23,26% azalaraq 124 074,06 min dollar təşkil edib. Qeyd edək ki, Azərbaycanın ticarət tərəfdaşlarının siyahısında İtaliya 567 548,27 min dollar (məcmu xarici ticarət dövriyyəsinin 11,25%-i) göstəricisi ilə birincidir.

İtaliyanın ölkənin cəmi ixracında xüsusi çəkisi 18,10%, idxalda isə 4,78% (idxalda - 8-ci yer) təşkil edib.