Müəllif - Aida İsaq, Banco.az
Avropa İttifaqı mayeləşdirilmiş təbii qazın (LNG) ən böyük alıcısı olub.
Banco.az xəbər verir ki, geridə qoyduğumuz ildə Avropa İttifaqı mayeləşdirilmiş təbii qazın (LNG) idxalına görə Çin və Yaponiyanı geridə qoyaraq, 98 milyon ton idxal gerçəkləşdirib.
İkinci yerdə olan Yaponiya alışını 71,997 milyon tona, Çin isə 63 milyon tona qədər azaldıb. 2021-ci ildə Aİ-nin payına 74,1 milyon ton, Çin və Yaponiyanın payına isə müvafiq olaraq 79,2 milyon və 74,3 milyon ton düşüb.
Qeyd edək ki, Ukraynada hərbi əməliyyatların başlaması və tətbiq olunan sanksiyalar fonunda Rusiyaını enerji təchizatı ilə bağlı yaranan vəziyyət səbəbindən Avropa Birliyi üçün LNG tədarükünün artırılması zəruri məsələyə çevrilib.
Bizi sosial şəbəkələrdən izləyin!!