Avropa İttifaqı maliyyə qaydalarını dəyişməyə hazırlaşır | Banco.az

Avropa İttifaqı maliyyə qaydalarını dəyişməyə hazırlaşır

Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) maliyyə qaydalarını dəyişməyə hazırlaşır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa Komissiyası üzv ölkələrin əməl etməli olduğu maliyyə qaydalarının dəyişdirilməsinə dair konsultasiya prosesini başladıb.

Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis Strasburqda təşkil etdiyi mətbuat konfransı zamanı yeni növ koronavirus pandemiyası səbəbilə təxirə salınmış Aİ iqtisadi idarəetməsinin nəzərdən keçirilmə prosesinin yenidən başladıldığını açıqlayıb.

Bu mərhələdə Avropa Komissiyası 31 dekabr 2021-ci il tarixinədək iclas, konsultasiya və tədqiqat işlərini həyata keçirməklə məsul şəxslərin rəylərinə müraciət edəcək. Komissiya üzv ölkələrin maliyyə strategiyalarına rəhbərlik edəcək sözügedən qaydalar toplusunu 2022-ci ildə açıqlayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Aİ maliyyə qaydaları - Sabitlik və İnkişaf Paktı Avropa İttifaqına üzv ölkələrin dövlət xərclərini və büdcə kəsirlərini məhdudlaşdıran ciddi qaydaları özündə ehtiva edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et