Avropa İttifaqı “LinkedIn”i 310 milyon avro cərimələyib | Banco.az

Avropa İttifaqı “LinkedIn”i 310 milyon avro cərimələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı tərəfindən “LinkedIn”ə 310 milyon avro cərimə kəsilib.

Banco.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) fərdi məlumatların tənzimləyici qurumu “LinkedIn”i hədəflənmiş reklam təcrübələrinə görə 310 milyon avro cərimələyib.

Aİ-də şəxsi məlumatların qorunmasına cavabdeh olan İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) “LinkedIn” İrlandiya ilə bağlı araşdırmanın tamamlandığını açıqlayıb.

Açıqlamada bildirilib ki, araşdırma çərçivəsində “LinkedIn”in davranış analizi və hədəflənmiş reklam məqsədləri üçün şəxsi məlumatların emalı prosedurları araşdırılıb.

Qeyd olunub ki, Aİ Ümumi Məlumatların Mühafizəsi Qaydası (GDPR) çərçivəsində bu əməliyyatların qanuniliyi, ədalətliliyi və şəffaflığı ilə bağlı problemlər müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamada müvafiq hüquqi əsas olmadan fərdi məlumatların emalının məlumat sahibinin hüquqlarının açıq və ciddi şəkildə pozulması olduğu və bu səbəbdən “LinkedIn”in 310 milyon avro cərimə olunduğu və platformaya fəaliyyətinin qanuna uyğunlaşdırılması üçün əmr göndərildiyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram