Avropa İttifaqı kriptovalyutalara ciddi nəzarət edəcək | Banco.az

Avropa İttifaqı kriptovalyutalara ciddi nəzarət edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) kriptovalyutaları yaxından izləməyə başlayacaq.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) üzv ölkələrdə müxtəlif kriptovalyuta növlərinin hərəkətini yaxından izləməyi ehtiva edən yeni qaydalar toplusunu qəbul edib.

Avropa Şurası üzv dövlətlərin çirkli pulların yuyulması ilə mübarizə və maliyyə nəzarəti üçün kriptovalyutaların köçürülməsinə nəzarət məqsədi daşıyan Aİ-nin ilk qaydalarını təsdiqlədiyini açıqlayıb.

Sözügedən yeni qaydalara görə, kriptovalyuta köçürmələri digər maliyyə əməliyyatlarında olduğu kimi, müntəzəm olaraq izləniləcək və şübhəli əməliyyatların qarşısı alınacaq. Bununla da, xüsusilə cinayətkarların kriptovalyutalar vasitəsilə çirkli pulların yuyulması cəhdləri minimuma endiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən ay Avropa Parlamentinin (AP) Baş Assambleyasında təsdiq edilən qaydalar bu mərhələdən sonra Aİ-nin rəsmi jurnalında dərc edilərək qüvvəyə minəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram