Avropa İttifaqı kənd təsərrüfatı məhsulları ticarətində kəsir verib | Banco.az

Avropa İttifaqı kənd təsərrüfatı məhsulları ticarətində kəsir verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) kənd təsərrüfatı məhsulları ticarətində kəsir verib.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Aİ-nin 2022-ci il üzrə kənd təsərrüfatı məhsulları ticarəti ilə bağlı məlumatları dərc edib.

Bu məlumatlar göstərir ki, ötən il Avropa İttifaqına üzv olan 27 ölkənin kənd təsərrüfatı məhsullarının ümumi ticarəti əvvəlki ilə nəzərən 77,5 milyard avro artaraq 424,7 milyard avroya çatıb.

Bu dövrdə Aİ ölkələri 229,1 milyard avroluq kənd təsərrüfatı məhsulları ixrac etdiyi halda, 195,6 milyard avroluq məhsul idxal edib. Bununla da, Aİ 2022-ci ilin yekununda kənd təsərrüfatı məhsullarının ticarəti üzrə 33,5 milyard avro müsbət saldoya imza atıb.

Aİ ölkələri kənd təsərrüfatı məhsullarının satışının böyük qismini Böyük Britaniyaya həyata keçirib. Belə ki, ittifaqın ümumi kənd təsərrüfatı məhsulları ixracının 21 faizi İngiltərə, 13 faizi ABŞ, 7 faizi Çin, 5 faizi İsveçrə, 4 faizi isə Yaponiyaya istiqamətlənib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et