Avropa İttifaqı İrana qarşı yeni sanksiyaları açıqlayıb | Banco.az

Avropa İttifaqı İrana qarşı yeni sanksiyaları açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Xarici İşlər Nazirlərinin iclasından sonra Aİ İrana qarşı yeni sanksiyalar paketini açıqlayıb.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) İrana qarşı sanksiyaları çərçivəsində ümumilikdə 24 şəxs və 5 təşkilatı iki siyahıya əlavə edib.

20 nəfər arasında İran ordusunun baş komandanı Əbdürrəhim Musəvi və onun əyalət komandirləri, daxili işlər nazirinin müavini Məcid Mirəhmədi, İran Radio və Televiziya Korporasiyasının (İRİB) direktoru Peyman Cebelli və onun müavini Muhsin Burmahani, bəzi müxbirlər və Ekspertlər Məclisinin üzvü Əhməd Hatəmi kimi bir sıra üzvlər də var.

Sözügedən təşkilatlardan birinin isə ölkənin ilk milli televiziya kanalı İRİB olduğu bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Aİ oktyabrın 17-də 11 İran vətəndaşı və 4 təşkilata, noyabrın 14-də isə 29 şəxs və 3 təşkilata sanksiya tətbiq edildiyini elan etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et