Avropa İttifaqı iqtisadi artım proqnozunu yeniləyib | Banco.az

Avropa İttifaqı iqtisadi artım proqnozunu yeniləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) regionun iqtisadi artım proqnozunu yuxarı çəkib.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının “Avropa İqtisadi Proqnozları 2023 Qış” hesabatı dərc olunub. 

Hesabatda Aİ və Avrozonanın 2022-ci ildə artım tempi ilə bağlı proqnoz 3,5 faiz təşkil edib.

Bildirilib ki, Aİ iqtisadiyyatının 2023-cü ildə 0,8 faiz, 2024-cü ildə 1,6 faiz, Avrozona iqtisadiyyatının isə 2023-cü ildə 0,9 faiz, 2024-cü ildə 1,5 faiz artacağı proqnozlaşdırılır.

Xatırladaq ki, Aİ Komissiyasının əvvəlki "Payız" hesabatında Aİ və Avrozona iqtisadiyyatının 2023-cü ildə 0,3 faiz artacağı proqnozlaşdırılmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən proqnozların reallaşması halında Aİ və Avrozona daha əvvəl gözlənilən texniki tənəzzülə girmək riskindən xilas olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et