Avropa İttifaqı İlon Maska xəbərdarlıq edib | Banco.az

Avropa İttifaqı İlon Maska xəbərdarlıq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) “Twitter”in yeni sahibi İlon Maska platformanın İttifaqın dezinformasiya qaydalarına riayət etməsi ilə bağlı xəbərdarlıq edib.

Banco.az xəbər verir ki, Avropa İttifaqının Daxili Bazar Komissiyasının üzvü Tyeri Breton Mask ilə görüşdən sonra yazılı bəyanat verib.

Bəyanatda deyilir:

“Gəlin qəbul edək ki, “Twitter” platformasını qarşıda çox iş gözləyir, çünki o, şəffaf istifadəçi siyasətlərini tətbiq etməli, məzmuna nəzarəti əhəmiyyətli dərəcədə gücləndirməli, ifadə azadlığını qorumalı, dezinformasiya ilə qətiyyətlə mübarizə aparmalı və hədəflənmiş reklamları məhdudlaşdırmalıdır.”

Breton rəsmi “Twitter” hesabında Mask ilə görüşünün qısa videosunu da yayımlayıb. Ancaq yazılı bəyanatını “Twitter” hesabı əvəzinə rəqib sosial media tətbiqi “Mastodon” vasitəsilə verməsi isə diqqətdən yayınmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et