Avropa İttifaqı "Google"u 2.4 milyard avro cərimələdi | Banco.az

Avropa İttifaqı "Google"u 2.4 milyard avro cərimələdi

Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) "Google" şirkətinə 2.4 milyard dollar cərimə tətbiq edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa Məhkəməsi texnologiya nəhəngi "Google"u inhisarçılıq qanununu pozduğunu əsas göstərərək 2.4 milyard avro (2.8 milyard dollar) cərimələyib.

Məhkəmə bəyan edib ki, "Google" öz alış-veriş xidmətlərini önə çıxararaq mövqeyindən sui-istifadə edib.

Qeyd edək ki, şirkət məhkəmənin bu qərarı üzrə apellyasiya işinə müraciət edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et