Avropa İttifaqı fiskal qaydaları yeniləməyə hazırlaşır | Banco.az

Avropa İttifaqı fiskal qaydaları yeniləməyə hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Komissiyası üzv ölkələr üçün fiskal qaydaların islahatını əks etdirən tənzimləmə təklifini açıqlayıb.

Banco.az xəbər verir ki, islahatlar və investisiyalar vasitəsilə dövlət borcunun davamlılığını gücləndirmək və inklüziv artımı təşviq etmək məqsədi daşıyan təklifə görə, mövcud fiskal qaydalar günün tələblərinə uyğun olaraq yenilənəcək.

Təklifə əsasən, üzv dövlətlər artan dövlət borcunun səviyyəsini azaldacaq. Onların bu prosesi real, mərhələli və davamlı şəkildə həyata keçirməsinə kömək ediləcək. Planın əhatə etdiyi dövrün sonunda dövlət borcunun ÜDM-ə nisbəti isə həmin dövrün əvvəlindən aşağı olmalıdır.

Büdcə kəsiri və dövlət borcu üçün 3 faiz və 60 faiz olan istinad dəyərləri dəyişməz qalacaq. Dövlət borcu və büdcə kəsiri istinad dəyərlərindən aşağı olan ölkələrə texniki dəstək veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et