Avropa İttifaqı Ermənistana 24 milyon avro yardım ayırıb | Banco.az

Avropa İttifaqı Ermənistana 24 milyon avro yardım ayırıb

Avropa İttifaqı koronavirusa qarşı mübarizə üçün Ermənistana 24 milyon avro ayırıb.

Məlumatı qurumun Yerevandakı nümayəndəliyi yayıb.

İttifaq “Orta vədəli sosial-iqtisadi bərpa proqramı” əsasında bu qərarı qəbul edib. Bu yardım Ermənistanla Avropa İttifaqı arasında imzalanan “COVID-19-a qarşı müqavilə”də nəzərdə tutulub.

24 milyon avro məbləğində yeni qrant İttifaqın rəsmi Yerevana ayırdığı iqtisadi və maliyyə vəziyyətin yaxşılaşdırılması ilə bağlı 92 milyon avroluq yardımın tərkib hissəsidir.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et