Avropa İttifaqı Enerji Xartiyası Sazişini tərk edir | Banco.az

Avropa İttifaqı Enerji Xartiyası Sazişini tərk edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) enerji sektoruna sərmayələri qoruyan Enerji Xartiyası Sazişindən çıxmaq barədə bildiriş verib.

Banco.az xəbər verir ki, Aİ Şurası İttifaqı təmsil edən Belçikanın Enerji Xartiyası Sazişindən çıxmaq üçün rəsmi yazılı bildiriş verdiyini açıqlayıb.

Açıqlamada Aİ-nin razılaşmadan çıxması üçün lazım olan son addımı atdığı vurğulanıb. Bildirilib ki, Aİ Enerji Xartiyası Sazişindən sözügedən bildirişdən sonra 1 ilin sonunda çıxacaq.

Belçikanın energetika naziri Tinne Van der Straeten də mövzu ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, üzv ölkələr arasında əldə edilən siyasi razılaşma çərçivəsində Aİ və Avropa Atom Enerjisi Birliyi (Euratom) 1 il ərzində Enerji Xartiyası Sazişindən çıxacaq.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, enerji sektorunda transsərhəd investisiyaları qorumaq üçün 1994-cü ildə imzalanmış Enerji Xartiyası Sazişi 1998-ci ildə qüvvəyə minib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram