Müəllif: Tamara Mustafayeva, Banco.az
2030-cu ildən başlayaraq Avropanın kömür, neft və təbii qaz idxalından metan emissiyaları məhdudlaşdırılacaq.
Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) qurumları 2030-cu ildən başlayaraq Avropanın neft və təbii qaz idxalında metan emissiyasına məhdudiyyətlər tətbiq edəcək qanun layihəsi ilə bağlı razılığa gəliblər.
Avropa Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında müzakirə edilən, enerji sektorunun metan emissiyalarını azaltmaq üçün yeni qaydaları ehtiva edən qanunla bağlı razılığın əldə edildiyini açıqlayıb.
Buna görə, Aİ-nin iqlimlə bağlı məqsədlərinə nail olmaq və havanın keyfiyyətini yaxşılaşdırmaq üçün enerji sektorundan metan emissiyaları azalacaq.
Metan emissiyalarını ölçmək, hesabat vermək və yoxlamaq üçün neft, qaz və kömür sektorları üçün yeni tələblər tətbiq ediləcək. Mümkün metan emissiya mənbələri müəyyən tarix intervallarında monitorinq olunacaq və ciddi şəkildə yoxlanılacaq.
Bununla yanaşı, Aİ-yə neft, təbii qaz və kömür idxalı nəticəsində yaranan metan emissiyalarının şəffaflığını təmin etmək üçün qlobal müşahidə sistemi yaradılacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!