Avropa İttifaqı Çindən iqtisadi asılılığa son qoymaq istəyir | Banco.az

Avropa İttifaqı Çindən iqtisadi asılılığa son qoymaq istəyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Fon der Leyen xammal və texnologiya kimi sahələr üzrə Çindən iqtisadi asılılığa son qoymaq istədiklərini bildirib.

Banco.az xəbər verir ki, Fon der Leyen Brüsseldə İttfaqa üzv ölkələrin liderlərini görüşdürən iki günlük iclasdan sonra mətbuata açıqlama verib.

Çinlə əlaqələr mövzusunun ətraflı müzakirə edildiyini bildirən sədr bu ölkə ilə gərginliyin artdığına şahid olduqlarını bildirib. O, ölkəni idarə edən Kommunist Partiyasının (ÇKP) 20-ci Milli Konqresində prezident Şi Cinpinqin iddialı yanaşmasına davam etdiyini, Çinin qlobal təsirini və Şərqi Asiyada hökmranlıq qurmaq missiyasını qoruyub saxlayacağını açıq-aydın gördüklərini vurğulayıb.

Odur ki, Rusiya nümunəsindən də dərs çıxardıqlarını qeyd edən Fon der Leyen Çin ilə qarşılıqlı əlaqələrdə bir çox sahələr üzrə iqtisadi asılılığı aradan götürmək istədiklərini açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram