Avropa İttifaqı bu Türkiyə universitetinə 7,45 milyon avro qrant ayırıb | Banco.az

Avropa İttifaqı bu Türkiyə universitetinə 7,45 milyon avro qrant ayırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Türkiyənin Sabancı Universitetinə 7,45 milyon avro qrant ayırıb.

Banco.az xəbər verir ki, Sabancı Universiteti regional hidrogen iqtisadiyyatının inkişafını dəstəkləmək məqsədi daşıyan və ümumi büdcəsi 36 milyon avro olan “HYSouthMarmara” layihəsi üçün Avropa İttifaqından (Aİ) 7,45 milyon avro qrant alacaq.

Bu barədə Sabancı Universiteti bəyanat yayıb.

Bəyanata görə, ümumi büdcəsi 36 milyon avro olan layihə üçün veriləcək 7 milyon 455 min 625 avro qrant Türkiyə Çərçivə Proqramları tarixində bir anda alınan ən böyük Aİ qrantı olaraq qeyd edilib.

Xatırladaq ki, layihə regional hidrogen iqtisadiyyatının inkişafını dəstəkləmək məqsədi daşıyan Təmiz Hidrogen Tərəfdaşlığı (Clean Hydrogen Partnership) 2022-nin nəticələrinə görə, sözügedən dəstəyə layiq görülüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et