Tamara Mustafayeva, Banco.az
Avropa Komissiyasının 2035-ci ildən etibarən Aİ zonası daxilində satışa çıxarılacaq avtomobillərə sıfır emissiya qaydası tətbiq edəcəyi iddia edilir.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Politico nəşrinin yayımladığı xəbərə görə, inqilab xarakteri daşıyan bu qərarın hazırda müzakirə mərhələsində olduğu, 14 iyul tarixində qanun layihəsi kimi tərtib edilərək Avropa Parlamentinə təqdim ediləcəyi qeyd edilib.
Sözügedən xəbərdə Avropa Komissiyasının 2035-ci ilə qədər karbon emissiyalı avtomobillərin satışını dayandırmağı planlaşdırdığı bildirilərkən bunun eyni zamanda sıfır karbon dioksid emissiyasına çatmaq hədəfini özündə ehtiva edən "Aİ Yaşıl Razılaşma" planının bir parçası olduğu xüsusi vurğulanıb.
Xatırladaq ki, Avropa İttifaqından ötən ilin əvvəlində ayrılan İngiltərə daha əvvəlki açıqlamaların birində hökumətin 10 maddədən ibarət "Yaşıl Sənaye İnqilabı" planı çərçivəsində benzin və dizellə işləyən avtomobillərin satışını 2030-cu ildən etibarən qadağan edəcəyini elan etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!