"Avropa İttifaqı "ASAN Xidmət"in təcrübəsini öyrənməyə çalışacaq".
Bunu Bakıda keçirilən "Infrastructure, Power & Renewable Energy Investment Conference"də çıxış edən Aİ-nin Azərbaycan üzrə rəhbəri Malena Mard deyib.
M.Mard, həmçinin Azərbaycanın Aİ üçün strateji tərəfdaş olduğunu da qeyd edib: "Avropa İttifaqının Azərbaycanla strateji əməkdaşlığı var və bu, stabil olaraq inkişaf edir. Onu da qeyd edim ki, Azərbaycanın ticarət əlaqələrinin təxminən 50%-i Avropa İttifaqı ölkələri ilədir".
Mənbə: Report.az