Avropa İttifaqı ABŞ-dan gömrüksüz mal əti idxalını artıracaq | Banco.az

Avropa İttifaqı ABŞ-dan gömrüksüz mal əti idxalını artıracaq

ABŞ Prezidenti Donald Trampın Avropadan idxal edilən avtomobillərə əlavə vergi qoymaq hədə-qorxusu Avropa İttifaqını (Aİ) Amerikadan daha çox mal əti almağa məcbur edir. Aİ ilə ABŞ arasında 1980-ci illərin sonundan bəri mal əti idxalı ilə bağlı ixtilaf hökm sürürdü. Aİ rəsmi Vaşinqton ilə yeni bir ticarət münaqişəsinin qarşısını almaq üçün mal əti idxalını artırmaq qərarına gəlib. Başda Almaniya olmaqla, Avropa dövlətləri mal əti idxalındakı münaqişəni aradan götürərək ABŞ-ın Aİ avtomobillərinə əlavə gömrük vergisi tətbiq etməkdən daşınacağına ümid bəsləyir. Lakin Aİ-nin ABŞ-dan alacağı gömrüksüz mal ətinin idxalını artırmaqla bağlı müqaviləsində belə bir şərt qoyulmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Yeni müqaviləyə əsasən, qarşıdan gələn yeddi il ərzində ABŞ-dan gömrüksüz idxal edilən mal əti əhəmiyyətli miqyasda artırılaraq illik 35 min tona çatdırılacaq. Bununla da Aİ-nin Argentina və Uruqvay kimi ölkələrdən idxal etdiyi mal ətinin illik həcmi 10 min tona enəcək.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et