"Avropa İttifaqı 10 ildə Azərbaycana 25 mlrd. dollar investisiya edib" | Banco.az

"Avropa İttifaqı 10 ildə Azərbaycana 25 mlrd. dollar investisiya edib"

Azərbaycan avropalı investorlar üçün cəlbedici bazardır.

Bunu bu gün Bakıda keçirilən Azərbaycan Çevik Texniki Yardım Aləti AZTAF-ın icra vəziyyəti ilə bağlı toplantıda iqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli deyib.

    O bildirib ki, ötən il Avropa İttifaqının Azərbaycanın xarici ticarətində payı 25 mlrd. dollara yaxın olub. Bu ilin yanvar-aprel aylarında isə bu rəqəm 5,3 mlrd. dollar təşkil edib.

    "2013-2023-cü illərdə Avropa İttifaqının Azərbaycana investisiyalarının həcmi 25 mlrd. dollara çatıb" - nazirin müşaviri əlavə edib.

    apa

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram