Avropa iqtisadiyyatı yüksəlişdə | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Avropa iqtisadiyyatı yüksəlişdə

Rüblük hesablamanın nəticələrinə görə, vahid valyuta zonasında iqtisadiyyat 0.3% artıb. Bu artım Almaniya, Fransa və İtaliyada müşahidə olunan iqtisadi inkişafla bağlı olub.

Ötən ilin dördüncü rübündə ÜDM-un səviyyəsi Almaniyada 0.4%, Fransada 0.3%, İtaliyada isə 0.1% artıb. Vahid valyuta zonasında qeydə alınan artım göstəricisi analitiklərin proqnozunu (0.2%) üstələməyi bacarıb.

Keçən il Fransa iqtisadiyyatında 0.3% artım qeydə alınıb. Fransa rəhbərliyi investisiyaların bərpası sayəsində bu il artım tempinin sürətlənəcəyini və artım səviyyəsinin 0.9%-ə çatacağını proqnozlaşdırır.

İtaliyada isə 2011-ci ilin ortalarından etibarən ilk dəfə iqtisadi artım müşahidə olunub. 2013-cü ilin 4-cü rübündə ölkədə ÜDM-un səviyyəsi 0.1%-dək artıb. İtaliya rəhbərliyi cari ildə iqtisadi artım səviyyəsinin 1.1% təşkil edəcəyini proqnozlaşdırır.

4-cü rübdə İspaniya iqtisadiyyatında 0.3% artım müşahidə olunub. Artıq 2-ci rübdür ki, İspaniya iqtisadiyyatında müsbət göstəricilər qeydə alınır. Bu il ÜDM-un artım səviyyəsinin Madrid şəhərində 1%-ə çatacağı gözlənilir.

Hollandiya ÜDM-un səviyyəsi 0.7%, Avstriyada isə 0.3% artıb.

Banco.az/ Sevinc İbadova