Avropa İnvestisiya Bankı (EIB) Yunanıstana 1 mlrd. avro həcmində kredit ayıracaq. Banco.az "Report"a istinadən xəbər verir ki, bu barədə AIB prezidenti Verner Oyer (Werner Hoyer) məlumat verib.
Məlumata görə, kredit Avrtopa İttifaqının struktur fondlarının maliyyələşdirdiyi layihələrin birgə maliyyələşməsi üçün nəzərdə tutulub və 2014-2020-ci illəri əhatə edəcək.
Qeyd edək ki, iqtisadi böhran başladığı vaxtdan indiyədək EIB Yunanıstanda müxtəlif layihələrin icrasına 11 mlrd. avro məbləğində yardım ayırıb.