Avropa günəş enerjisinə keçid etməklə bağlı çətinliklərlə üzləşir | Banco.az

Avropa günəş enerjisinə keçid etməklə bağlı çətinliklərlə üzləşir

Müəllif - Aida İsaq, Banco.az

Avropa Rusiya qazından imtina etməsi fonunda yeni problemlərlə üzləşib.

Banco.az xəbər verir ki, məlumata görə, 2027-ci ilə qədər günəş enerjisi Aİ ölkələrində əsas enerji mənbəyinə çevrilməlidir. Günəş panellərinə tələbat artıq artır. Eyni zamanda, günəş panellərinin istehsalı təşkil edilməyib. Bütün məhsullar isə yüksək qiymətlərlə Çindən gətirilir. Qeyd olunur ki, Rusiyadan qaz ixracının məhdudlaşdırılması Avropaya 1 trilyon dollar əlavə xərcə başa gəlib. Aİ yaxın gələcəkdə Rusiya yanacağının istehlakını 66%, 2027-ci ilə qədər isə 100% azaltmağı və bərpa olunan enerjiyə, ilk növbədə günəş enerjisinə keçməyi planlaşdırır. Eyni zamanda bu istiqamətdə Avropanın tamamilə Çindən asılı olduğu bildirilir. Dünya bazarında akkumulyator və digər komponentlər istehsal edən 10 ən böyük istehsalçıdan 8-i Çindəndir. 2022-ci ildə bu Çin məhsullarının Aİ ölkələrinə idxalı 140%-dən çox artaraq təxminən 20 milyard avroya başa gəlib. Eyni zamanda, Avropa İttifaqında günəş panellərinin cəmi 2,8%-i istehsal olunur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et