Avropa enerji böhranının həllini Qətərdə axtaracaq | Banco.az

Avropa enerji böhranının həllini Qətərdə axtaracaq

Tamara Mustafayeva, Banco.az

Qətər hökuməti bildirib ki, Avropa Şurasının prezidenti Şarl Mişel çərşənbə axşamı Dohada olacaq.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa Şurasının prezidenti Şarl Mişel enerji böhranını müzakirə etmək üçün bu həftə dünyanın ən böyük LNG (Mayeləşdirilmiş təbii qaz) istehsalçısı Qətərə səfər edəcək.

Verilən məlumata görə, Mişel bir çox yüksək vəzifəli şəxslərlə görüşəcək. Regional və beynəlxalq məsələlər, o cümlədən Rusiya-Ukrayna böhranı və enerji böhranı müzakirə olunacaq.

Qeyd edək ki, Avropa Rusiya qazının kəsilməsi ilə öz enerji tələbatını ödəmək üçün alternativ təchizatçılar axtarır və bir çox Avropa şirkəti artıq aylardır Qətərlə danışıqlar aparır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et