Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Ərzaq qiymətlərini artıran qlobal böhrana iqlim böhranı da əlavə edilib.
Banco.az Avropa Mərkəzi Bankının hesabatına əsasən xəbər verir ki, 2035-ci ilə qədər bütün dünyada qida istehsalı xərcləri hər il 1,49 ilə 1,79 faiz arasında olmaqla artacaq.
Bildirilir ki, Rusiya və Ukrayna arasındakı müharibə, Qırmızı dənizdə davam edən piratların fəaliyyətləri və bütün dünyada artan hərbi xərclər eyni zamanda qida istehsalı xərclərinə də təsir edir.
Hesabatda qlobal iqlim dəyişikliyinin də bu mənfi tendensiyaya təsirləri qeyd olunub. Yaxın gələcəkdə qlobal istiləşmə nəticəsində yaranan istilik dalğaları əkinçilik və heyvandarlığa ciddi zərər vuracaq.
Qeyd edilib ki, 2035-ci ildə Avropada ərzaq inflyasiyasını 30-50 faiz arta bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!