Avropa Birliyinin 2020 büdcəsində razılıq əldə olunmadı | Banco.az

Avropa Birliyinin 2020 büdcəsində razılıq əldə olunmadı

Avropa Birliyi Şurası və Avropa Parlamenti (AP) 2020-ci ilin büdcəsində razılaşmadı

Avropa Birliyinin (AB) qurumları arasında 2020-ci il üçün ümumi büdcəsi məsələsində razılıq əldə olunmayıb.

AB Şurası Birliyin 2020-ci il büdcəsinə dair açıqlama yayıb.

Açıqlamada, büdcəyə dair Avropa Parlamenti (AP) tərəfindən tələb edilən dəyişikliklərin qəbul edilməyəcəyi bildirilib.

AB Komissiyası, 2020 büdcə layihəsində, gəlirləri 168,3 milyard avro, xərcləri isə 153,7 milyard avro olaraq müəyyən etmişdi.

Üzv ölkələrin təmsil olunduğu AB Şurası, sözügedən büdcədə gəlirlərin 166,8 milyard avro, xərclərin 153,1 milyard avro olmasının tərəfdarıdır. AP isə büdcədə gəlirlərin 171 milyard avroya, xərclərin 159 milyard avroya qaldırılmasını tələb edir. Beləliklə, AB Şurası və AP arasında fikir ayrılığı yaranıb. Tərəflər, 18 Noyabra qədər ortaq bir mövqe müəyyən etməsə AB Komissiyasının 2020-ci il üçün yeni büdcə layihəsinin təqdim etməsi lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

 

Büdcə haqqında

Üzv ölkələr tərəfindən  ortaq şəkildə müəyyənləşdirən büdcə siyasi və iqtisadi hədəfləri reallaşdırmaq üçün istifadə edilir.  Büdcənin böyük bir hissəsi AB-də iqtisadi və siyasi inteqrasiyanı gücləndirməyə sərf edilir.

AB büdcəsində gəlirlər əsasən üzv ölkələr tərəfindən təmin olunan mənbələrdən, xərclər hissəsi isə kənd təsərrüfatı, iqtisadi, tədqiqat, təhsil, xarici əlaqələr, genişlənmə və inzibati xərclərdən ibarətdir.

AB büdcəsinə nəzarəti Lüksemburqda yerləşən Avropa Palatası həyata keçirir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et