Avropa Birliyindən Rusiya banklarına böyük zərbə | Banco.az

Avropa Birliyindən Rusiya banklarına böyük zərbə

Avropa Birliyi Rusiyanın 5 dövlət bankının Avropa Birliyinin kapitalı bazarlarına girişini məhdudlaşdırıb.

Bu bankların sırasına “Sberbank”, ” VTB”, ”Qazprombank”, ”Vneşekonombank” və “Rosselxozbank” daxildir.

Avropa Birliyindən olan investorlara bu banklarla iş birliyi qadağan edilir. Bu Rusiya bankları tərəfindən buraxılmış istiqraz vərəqələri də etibarsiz sayılır.

Avropa Birliyi Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında qanunverici qətnaməni qəbul etdiyindən sanksiyalar qüvvəyə minib.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et