Avropa birjalarında hərraclar dayandırıldı | Banco.az

Avropa birjalarında hərraclar dayandırıldı

Avropa fond birjalarının operatoru “Euronext NV” bu gün texniki nasazlıq üzündən hərracları dayandırıb.

Bu barədə şirkət tvitter səhifəsində açıqlama verib:

“Texniki məsələ üzündən bütün “Euronext” məhsullarının ticarəti sonrakı xəbərdarlığadək dayandırılıb. Biz həmin məsələni həll etmək üçün işləyir və ticarəti bərpa etməklə bağlı mümkün qədər tez bir zamanda yenilənməni təmin edəcəyik”.

Avropa fond birjalarının ən iri operatoru olan “Euronext” Amsterdam, Brüsel, Dublin, Lissabon, Milano, Oslo, Paris fond birjalarını idarə edir. Bu ilin iyun ayında şirkətə bağlı birjalarda məcmu bazar dəyəri 3,8 trilyon avro olan 1 500-dək emitent satılıb.

Report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et