Avropa bazarında qaz xeyli bahalaşıb | Banco.az

Avropa bazarında qaz xeyli bahalaşıb

Avropa birjalarındakı hərraclarda təbii qaz mayın 21-də qeydə alınan 34 dollarlıq tarixi minimuma nisbətən 4,4 dəfə bahalaşıb.

Bunun səbəbləri arasında havaların tez soyuması göstərilir. Bununla belə Luisianadakı “Henry Hub”da da təbii qazın 1000 kumbetri 100 ABŞ dollarınadək (1 MMBTU – 2,8 dollar) bahalaşıb. Belə ki, ABŞ bazarındakı qiymətlər Avropa bazarındakından bir qədər aşağı olsa da, bu fərq qazın mayeləşdirilərək Avropaya daşıma xərclərini ödəyəcək qədər deyil.

“Bloomberg” xəbər verir ki, sentyabr ayında ABŞ-dan Avropaya LPG (maye qaz) gündəlik tədarükü ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz az olub. Bütövlükdə isə cari ildə Avropa bazarına LPG tədarükü 2019-cu ilə nisbətən 0,2 faiz artıqdır.

Report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et