Avropa bankları “yaşıl maliyyələşdirmə” hədəflərinə çata bilməyib | Banco.az

Avropa bankları “yaşıl maliyyələşdirmə” hədəflərinə çata bilməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropanın 20 ən böyük bankı ESG kimi tanınan ekoloji, sosial və idarəetmə meyarlarına uyğun maliyyələşdirmə hədəflərini yerinə yetirə bilməyib.

Banco.az xəbər verir ki, dayanıqlı maliyyələşdirmə ilə bağlı fəaliyyət göstərən qeyri-hökumət təşkilatı “ShareAction” tərəfindən hazırlanan hesabata görə, Avropa banklarının yaşıl maliyyələşdirmə hədəfləri lazım səviyyədən çox geri qalır.

Böyük Britaniyada yerləşən qeyri-kommersiya təşkilatı tərəfindən Avropa İttifaqı (Aİ), Böyük Britaniya, İsveçrə və Norveçdəki 20 ən böyük kredit bankının yaşıl maliyyələşdirmə hədəflərini araşdıran təhlil məqsəd və açıqlamaların hədəfə uyğun olmadığını və aldadıcı iddialara gətirib çıxara bildiyini ortaya çıxarıb.

Belə ki, “ShareAction” araşdırdığı bankların əsasən 2050-ci ilə qədər xalis sıfır emissiyaya necə real şəkildə nail olacaqlarını “nümayiş etdirə bilməyən” yaşıl maliyyə hədəflərinə malik olduğunu müəyyən edib. Təşkilat həmçinin bank sektorunu yaşıl öhdəliklərin əsaslandığı metrikləri izah edən metodologiyaları dərc etmədiyinə görə də tənqid edib.

Ən sərfəli kredit üçün müraciət et

“ShareAction” onu da bildirib ki, banklar ümumiyyətlə yaşıl maliyyə məqsədlərinə kapital bazarları üzrə fəaliyyətləri daxil etmirlər. Buna baxmayaraq, tədqiq edilən bankların əksəriyyəti maliyyə ilə əlaqəli olmayan məhsul və xidmətləri öz yaşıl hədəflərinə daxil ediblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et