Avropa bankçılıq sisteminin ABŞ-dakı vəziyyətlə üzləşməsi ehtimal edilmir | Banco.az

Avropa bankçılıq sisteminin ABŞ-dakı vəziyyətlə üzləşməsi ehtimal edilmir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa bankçılıq sistemi hazırda təhlükə ilə üzbəüz deyil.

Banco.az xəbər verir ki, “Moody's” beynəlxalq kredit reytinq agentliyi Avropa banklarının Silikon Vadisi Bankı kimi istiqraz portfeli baxımından itkiyə məruz qalma ehtimalının olmadığını açıqlayıb.

Agentliyin bəyanatında Avropa banklarının ABŞ-da müflis olan Silikon Vadisi Bankı kimi öz istiqrazlarını zərərlə satmasının ehtimal edilmədiyi vurğulanmaq qeyd olunub ki, bankların əlində olan istiqrazların üçdə birinin müddəti yaxın 2 ildə başa çatacaq və bununla da aktivlərin satışına ehtiyac azalacaq.

“Möhkəm likvidlik və maliyyələşdirmə profillərinə, nağd pul ehtiyatlarına və sabit depozit bazalarına əsaslanaraq, biz düşünürük ki, Avropanın aparıcı bankları ümumilikdə öz istiqrazlarını zərərlə satmağı zəruri etməyəcək vəziyyətdədirlər”, deyə bəyanatda bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et