Avropa avtomobil istehsalçılarının qiymət müharibəsi | Banco.az

Avropa avtomobil istehsalçılarının qiymət müharibəsi

Süni artım

Aparılan tədqiqatların nəticələrinə əsasən, birinci rübdə Avropada avtomobillər üzrə endirimlər artıb. Bu isə öz növbəsində regionda avtomobil istehsalçılarının gəlir əldə etməsi üçün maneəyə çevrilib. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına əsasən, mart ayında qeydiyyatda olan avtomobillərin sayında 10.4% artım müşahidə olunub. Fevral ayında isə bu göstərici 8.1% təşkil etmişdi. Amma orta hesabla avtomobillərin alışı üçün müəyyən edilmiş maliyyə stimulları 12%-dək yüksəlmiş və təxminən 3800 ABŞ dolları təşkil etmişdir.

Aparıcı avtomobil partnyoru hesab olunan “Ernst&Young”  şirkətinin rəhbəri Piter Fuz endirimləri, dövlət güzəştlərini və digər bonusları nəzərə alaraq qeyd etmişdir: "Avtomobil sənayesində süni artımı ilə bağlı problem mövcuddur".

Keçən ay və cari ilin ilk rübündə Pejo və Sitroen markalı avtomobillərin gəlirlərində artım qeydə alınmışdır.

Avropada qiymətlərin azalması

"2008-ci ildən sonra insanlar qərar qəbul edərkən daha ehtiyatlı olmağa çalışırlar", - Hyundai şirkətinin Avropa bölməsinin rəhbəri Alan Raşfort belə qeyd etmişdir. "Hal-hazırda istehlakçıların stimullaşdırılması olduqca yüksək həddə çatıb".

Alıcı Pejo 208 markalı avtomobili Fransada 17% (köhnə avtomobilin dəyişdirilməsini nəzərdə tutan aksiya üzrə), Almaniyada isə 20% endirimlə əldə edə bilər.

Satışları mart ayında 5%, rüb ərzində isə 4.3% artan Volkswagen avtomobilləri üzrə endirim qiyməti 3300 dollara qədər yüksəlmişdir. Lakin bu qiymət bazarda müəyyən olunan orta qiymətlə müqayisədə olduqca aşağıdır.

Ən sərfəli kredit üçün müraciət et

Fiat və Pejo avtomobilləri uyğun olaraq 45% və 39% qənaət etmək məqsədilə bütün güclərini avtobillərin bəzi elementlərinin müştərək şəkildə işlənib hazırlanmasına sərf edirlər.

Bundan əlavə, avtomobillər üzrə endirimlərin artırılması avtomobil sənayesinin bərpası istiqamətində yeni addımlar atmaq niyyətində olan investorlarda çaşqınlıq yarada bilər.

Qiymət müharibəsi

Ötən rüb ərzində baza komplektasiyasında ucuz avtomobillər Reno şirkətində satış dalğasının yaranmasına səbəb olmuşlar. Baxmayaraq ki, bu müddət ərzində endirim qiyməti dəyişməz qalmış və əvvəlki kimi 3200 dollar təşkil etmişdir. Opel və Ford markalı avtomobillər üçün isə endirim qiyməti 4800 dollar təşkil etmişdir. Ford şirkətinin satışları mart ayı ərzində 14%, rüb ərzində isə 12% artmışdır.

Almaniyalı internet-riteylerlərdən biri 7960 ABŞ dolları məbləğinə Ford Fiesta avtomobilini təklif edir. Bu məbləğ rəsmi qiymətlə müqayisədə olduqca aşağıdır.

Bundan əlavə, Avropanın avtomobil sektorunda yüksək endirim qiymətlərinin müşahidə olunması digər mübahisəli məsələlərin yaranması ilə nəticələnib.

"Dataforce" şirkətindən verilən məlumata görə, mart ayında Almaniyada qeydiyyata alınan avtomobillər nümayiş məqsədilə istifadə olunub.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et