Müəllif - Aida İsaq, Banco.az
Rusiyanın neft məhsullarına və idxalına tətbiq edilən məhdudiyyətlər fonunda Avropa ölkələri alternativ neft məhsulları tədarükçüsü tapmaqda çətinliklərlə üzləşə bilər.
Banco.az xəbər verir ki, embarqo tətbiq edildikdən sonra Avropa ölkələri Rusiya neft məhsullarını Çinlə kompensasiya etməyə ümidləndi. Nəticədə, 2023-cü ildə Çin müvafiq məhsul üzrə ixrac həcmini iki dəfə artırıb. Ekspertlər Çinin iştirakı olmadan Avropanın yanacaq qıtlığının öhdəsindən gəlməsini çətin hesab edib. Onların fikrincə, Avropa ölkələri embarqo fonunda gündəlik itirilən yarım milyon barel nefti əvəzləməkdə çətinlik çəkəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!