Müəllif:Mehin Qasımova, Banco.az
Avropa ABŞ-la ticarət müharibəsinə hazırlaşmalıdır.
Banco.az xəbər verir ki,bu sözləri Fransanın baş naziri Fransua Bayru deyib.
O hesab edir ki, təkcə hərbi təhdidlərə cavab verməyə deyil, həm də ticarət müharibəsinə ciddi hazırlaşmalıdırlar.
Eyni zamanda, baş nazir Avropa və ABŞ-ın hələ də vəziyyəti danışıqlar yolu ilə həll etmək imkanlarının olduğu fikrini bildirib.
"Trampdan bəyanatlar, mesajlar var idi, lakin hələlik yekun qərar yoxdur”.
Bayru daha əvvəl ABŞ-ın Avropa şərabları və Aİ-dən gələn digər spirtli məhsullar üçün rüsumların artırılmasının qlobal iqtisadiyyat üçün tələ olacağını bildirmişdi.