Beynəlxalq maliyyə bazarlarında Amerika sessiyasında avronun ucuzlaşmasına baxmayaraq, yenidən bahalaşa biləcəyi proqnozlaşdırılır.
EUR/USD 1.10$-da dəstək gördü
Beynəlxalq valyuta birjalarında bu gün aylardır böyük maraqla gözlənilən Avropa Mərkəzi Bankının Bakı vaxtı ilə saat 15:45-də açıqlanacaq faiz qərarı öncəsi avro ucuzlaşıb.
Bununla yanaşı, Avropada aşağı faizlərdən əziyyət çəkən kommersiya banklarına dəstək paketinin də açıqlanması gözlənilir. Bunun baş verəcəyi təqdirdə isə Amerika sessiyasında 1.10$-da dəstək görən EUR/USD məzənnəsində bahalaşma, 1.12$-a kimi sürətlənə bilər.
Qeyd etmək lazımdır ki, Amerika hökümətinin Çindən idxal olunan 250 milyard dollar dəyərində məhsullara rüsumların tətbiq olunmasını ərtələməsi dolların aparıcı valyutalara nisbətən qiymətlərinə müsbət təsir edib.
TCMB-nin faizlərində azalma və lirədə ucuzlaşma proqnozları
Bu gün Türkiyə Mərkəzi Bankının da faiz azaldılmasına gedə biləcəyi ehtimal edilir. Bunun fonunda USD/TRY məzənnəsi 5.75TL-yə ticarət edilməkdədir və 5.79TL-ni yuxarı qıracağı təqdirdə, 5.88TL-yə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
İnvestAz