Avronun ucuzlaşa biləcəyi proqnozları gündəmdə qalmaqdadır | Banco.az

Avronun ucuzlaşa biləcəyi proqnozları gündəmdə qalmaqdadır

Dünya valyuta birjalarında bu gün Bakı vaxtı ilə saat 16:30-da Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatların açıqlanması gözlənilir.

EUR/USD 1.10$-ın altında təklif edilir

Məlumatların açıqlanması öncəsi EUR/USD məzənnəsi 1.10$-ın altında ticarət edilməkdədir və sözügedən səviyyənin altında qaldıqca, 1.08$-a kimi ucuzlaşa biləcəyi proqnozları gündəmdə qalmaqdadır. 

Brent neftinin bahalaşmasının 62$-a kimi güclənməsi üçün səbəblər

Ən sərfəli kredit üçün müraciət et

Enerji birjalarında isə Avropanın Brent neftinin qiymətində bahalaşma müşahidə edilir. Qlobal bazarlarda neftə olan tələbin azalması gözləntiləri qiymətlərin ucuzlaşmasına təsir etsə də Amerikanın qazma qurğularının sayında da azalma davam edərsə, qiymətlərə dəstək güclənə bilər. 

Bununla bağlı treyderlər saat 21:00-da Amerikadan dərc ediləcək qurğuların sayı il bağlı statistikanı gözləyirlər. Burada azalma, Brent neftini 62$-a kimi dəyər qazanmasına səbəb ola bilər. 

İnvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et