Fevralın 3-də avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 2,0471 manata enib. Avronun əsas valyutalara nisbətdə möhkəmlənməsi fonunda, bu göstərici son iki ayda qeydə alınan ən aşağı göstəricidir.
Sonuncu dəfə avronun manata qarşı məzənnəsinin ən aşağı səviyyəsi 2020-ci ilin dekabrın 1-də qeydə alınmışdı – 2,0328 manat.
Qeyd edək ki, 2021-ci ilin yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimuma yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 2,3% dəyər itirib.
Xatırladaq ki, Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının manata qarşı məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 Rusiya rublu 0,0224 manat, 1 türk lirənin məzənnəsi isə 0,2362 manata enib.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!