Avropa Birliyinin 2027-ci ilə kimi qüvvədə olacaq büdcəsinin qəbulu istiqamətində müsbət xəbərlərin yayımlanması, foreks bazarlarında avronun bahalaşmasına təsir edib. 1.09$-ın üzərində ticarət edilən EUR/USD məzənnəsi 1.10$-a kimi də dəyər qazana bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da Almaniya və Avrozona üzrə dərc ediləcək gələcək gözləntiləri ölçən indeks də investorların diqqət mərkəzindədir.
GBP/USD məzənnəsində də bahalaşma
Saat 10:00-da İngiltərənin əmək bazarına dair açıqlanacaq göstəricilər öncə funtun qiymətində də bahalaşma müşahidə edilir. Təhlillərə əsasən, 1.22$-ın qırılması ilə üzərində möhkəmlənərsə, 1.25$-a kimi də bahalaşa bilər.
Qızıla tələb azalıb
Əlvan metallar birjalarında qızılın qiyməti ucuzlaşmağa başlayıb və bir unsiya üzrə qiymət 1729$-ın (55.6 $/qram) altında qalarsa, 1702$ (54.7 $/qram) kimi də dəyər itirə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!