Dünya iqtisadiyatında artan risklər dünya valyuta birjalarında dollar və avroda dalğalanmanı artırmaqla, qızıla olan tələbi də artırır.
Beynəlxalq valyuta birjalarında Avropa Mərkəzi Bankının açıqlamalarından sonra EUR/USD 0.7% azalıb. Bununla yanaşı, Amerika Mərkəzi Bank sədrinin çıxışları da dolların qiymətində dalğalanmalara səbəb olmaqdadır. Təhlilllər onu göstərir ki, avronun qiyməti 1.1540$-ın üzərində möhkəmlənərsə, 1.1620$-a kimi də bahalaşa biləcəyi proqnozları aktualdır.
Qızılda bahalaşma.
Əlvan metallar bazarlarında da qızılın qiymətində növbəti bahalaşma dalğası proqnozları güclü olaraq qalır. Beləliklə, qızılın bir unsiya üzrə qiyməti 1298$-ı yuxarı istiqamətdə qırarsa, 1326$-a kimi də dəyər qazana bilər.
Bu gün Bakı vaxtı ilə saat 17:30-da yayımlanacaq Amerikanın inflyasiyasına dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.
InvestAz