Türkiyə lirəsi sürətlə dəyər itirməkdədir. Hazırda bir avro 3 lirəyə bərabərdir. Buna ABŞ Mərkəzi Bankının iqtisadi göstəricilərini elan etməsi səbəb olub.
Belə ki, ABŞ-da işsizlik səviyyəsinin son 15 ildə ən aşağı səviyyədə olmasının bəyan edilməsindən sonra dolların məzənnəsi artmağa başlayıb.
Avro / dollar məzənnəsinin artması isə lirənin dəyərdən düşməsini şərtləndirib. Hazırda dolların lirəyə nisbətdə məzənnəsi 2,6810-a bərabərdir.
Qeyd edək ki, son aylar Türkiyə höküməti milli valyuta siyasətində üzən məzənnə siyasətinə keçdiyindən lirə sürətlə dəyərdən düşür.