Avro Zonasında sənaye istehsalı Dekabrda kəskin azalıb | Banco.az

Avro Zonasında sənaye istehsalı Dekabrda kəskin azalıb

Avro Zonasında sənaye istehsalı Dekabr ayında kəskin azalma qeyd edib.

Avro Zonasında sənaye istehsalı Dekabrda əvvəlki aya nisbətən 0.9 faiz azalaraq mənfi 0.4%-lik proqnozdan daha çox düşüb. 

Sənaye istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.2 faiz azalıb. Proqnoz 3.3% azalma olacağı istiqamətində idi.

Ən sərfəli kredit üçün müraciət et

Avro Zonasında sənaye istehsalı 2009-cu ilin Noyabr ayından bu yana ən kəskin illik azalmanı qeyd edib.

ABŞ ilə Çin arasında ticarət müharibəsi qlobal iqtisadiyyata mənfi təsir edir, o cümlədən Avropa iqtisadiyyatı qarşısındakı ən böyük təhdidir. Çin iqtisadiyyatının artım sürəti də yavaşlamağa başlayıb.

marja