Avro Zonasında inflyasiya Mayda geriləyib | Banco.az

Avro Zonasında inflyasiya Mayda geriləyib

Avropa Statistika Ofisi (Eurostat), Avropa İttifaqı (Aİ)  və Avro Bölgəsinin may ayı illik inflyasiya göstəricilərini dərc edib.

Avro Bölgəsində aprel ayında 1,7 faiz olan illik inflyasiya mayda 1,2 faizə geriləyib.

 Aİ-də isə apreldə 1,9 faiz olan illik inflyasiya, mayda 1,6 faiz olaraq reallaşıb.

Aİ üzvü olan ölkələr arasında may ayında ən yüksək inflyasiya 4,4 faiz ilə Rumıniya, 4 faiz ilə Macarıstan və 3,5 faiz ilə Latviyada, ən aşağı inflyasiya isə 0,2 faiz ilə Cənubi Kipr (GKRY), 0,3 faiz ilə Portuqaliya və 0,6% ilə Yunanıstanda ölçülüb.

Ən sərfəli kredit üçün müraciət et

İnflyasiya nisbəti mayda Almaniyada 1,3%, Fransada 1,1%, İtaliyada 0,9% olaraq müəyyənləşdirilib.

Avro Bölgəsində pul siyasətini aparan Avropa Mərkəzi Bankı (ECB), regionda qiymət sabitliyini təmin etmək üçün 2%-ə yaxın səviyyədə inflyasiya hədəfləyir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et