Avro zonasında inflyasiya illik müqayisədə 2,4%-ə yüksəlib | Banco.az

Avro zonasında inflyasiya illik müqayisədə 2,4%-ə yüksəlib

Müəllif:Ayşən İmanova/Banco.az

Avro zonasında illik inflyasiya, ilkin hesablamalara görə, noyabrda illik 2,2%-dən dekabrda 2,4%-ə yüksəlib.

Banco.az xəbər verir ki, bu barədə “Eurostat” agentliyi məlumat yayıb.

Göstərici “Trading Economics” portalının sorğusunda iştirak edən analitiklərin proqnozu ilə üst-üstə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əvvəl, 2023-cü ilin sonunda avrozonada inflyasiya 2,9% səviyyəsində qeydə alınıb.

Hesabat dövründə baza illik inflyasiya 2,7% səviyyəsində qalıb ki, bu da analitiklərin gözlədiyi kimi olub. İnflyasiyaya ən böyük töhfə xidmətlərin qiymətlərinin artması (bir ay əvvəlki 3,9%-dən sonra 4%) olub, ərzaq, alkoqol və tütün məmulatlarının qiymət indeksi isə 2,7%-də qalıb.

Ən yüksək inflyasiya Xorvatiya (4,5%) və Belçikada (4,4%), ən aşağı inflyasiya isə İrlandiyada (1%) və İtaliyada (1,4%) qeydə alınıb.