Tamara Mustafayeva, Banco.az
Avro Zona iqtisadiyyatında üçüncü rübdə proqnozlara paralel artım müşahidə edilib.
Məlum olduğu kimi, bölgə iqtisadiyyatı pandemiyanın təsirindən ilin ilk yarısında kəskin geriləmişdi. İndi isə rüblük əsasda rekord artım müşahidə olunub.
Lüksemburqda yerləşən Avropa Statistika Ofisi (Eurostat) tərəfindən elan olunan göstəricilərə görə, Avro Zonası üçüncü rübdə əvvəlki rübə nəzərən 12,6% böyüyüb. Xatırladaq ki, proqnozlar da artımın 12,7% olacağına işarə edirdi.
Rekord artım göstəricisi öz növbəsində məşğulluq səviyyəsini də yüksəldib. Cümə günü açıqlanan göstəricilər ikinci rübdə 3% azalan məşğulluq səviyyəsinin ötən üç ay ərzində 0,95 artdığını müəyyən edib.
Bizi sosial şəbəkələrdən izləyin!!